Bia.Az

İsrail qüvvələrinin maskalanaraq xəstəxanaya basqın etdiyi bildirilib - Türkiyə mətbuatı

Dünya
 30-01-2024, 14:21     225

İsrail cinayət törətməkdə davam edir. İsrail qüvvələri bu dəfə fələstinliləri öldürmək üçün tibb işçisi kimi maskalanıblar.


Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın edib.

İsrail əsgərləri basqın zamanı xəstəxanada 3 fələstinlini öldürdüyü bildirilir.

Fələstinin Səhiyyə naziri Mey əl-Kayle Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq insan haqları təşkilatlarına etdiyi çağırışda İsrail qüvvələrinin Qəzza zolağı, həmçinin, işğal altındakı İordan çayının qərb sahilində Fələstin xalqına, eləcə də, səhiyyə müəssisələrinə qarşı törətdiyi cinayətlərə son qoyulmasını, səhiyyə mərkəzləri və onların komandaları üçün lazımi mühafizənin təmin edilməsini istəyib.

Fələstinin rəsmi xəbər agentliyi "WAFA"nın verdiyi məlumatda qeyd edilir ki, öldürülən 3 fələstinlidən ikisinin qardaşdır. Öldürülənlərin Muhəmməd və Basil Ayman əl-Gazavi və Məhəmməd Vəlid Celamine olduğu qeyd edilib. Bildirilib ki, Basil Əyman əl-Qəzavi 25 oktyabr 2023-cü ildən xəstəxanada müalicə olunurdular.

Qeyd edilib ki, mülki geyimli, həkim və tibb bacısı geyimində olan 10-a yaxın İsrail xüsusi təyinatlısı xəstəxanaya daxil olub, 3-cü mərtəbəyə qalxaraq səsboğucu silahlarla 3 fələstinlini qətlə yetiriblər.


скачать dle 12.1