Bia.Az

ŞKTC-nin qurucusu və prezidenti olmuş Rauf Denktaşın 100 illik yubileyi qeyd edilib

Dünya
 30-01-2024, 12:42     239

Şimali Kipr Türk Respublikasının (ŞKTC) qurucusu və prezidenti olmuş Rauf Raif Denktaşın 100 illik yubileyi münasibətilə “Qurucu Prezident Rauf Raif Denktaş - Torosun 100 yaşı var” adlı anım proqramı təşkil edilib.

Bizimyol.info xəbər verir ki, yanvarın 26-da Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyi, EkoAvrasiya Fondu və Bayrak Radio-Televiziya Korporasiyası ilə birgə təşkil olunan tədbir Girne Amerika Universitetinin Ünsiyyət fakültəsində baş tutub.
Tədbirdə edilən çıxışlarda Rauf Raif Denktaşın Kıbrıs Türklərinin varlıq mübarizəsinin təməl daşlarından biri olduğu, prinsipləri və mübarizəsi ilə bütün Türk Dünyasına öndə getdiyi qeyd edilib.

Gecədə çıxış edən GAÜ Kommunikasiya fakültəsinin dekanı Prof.Doktor Neriman Sayqılı qurucu prezident Rauf Denktaşın Kipr türklərinin varlıq mübarizəsinin təməl daşlarından biri olduğunu vurğulayıb.скачать dle 12.1