Bia.Az

Tatar: “66 il əvvəl şəhid verərək dünyaya təslim olmayacağımızı göstərdik”

Dünya
 30-01-2024, 12:39     245

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar 27-28 Yanvar Müqaviməti ilə əlaqədar mesaj yayımlayıb.


Bizimyol.info xəbər verir ki, Prezident Tatar “66 il əvvəl şəhidlərimizi itirmək bahasına ingilislərə və yunanlara, həmçinin dünyaya təslim olmayacağımızı göstərdik”, - deyib.

ŞKTC Prezidenti İngiltərə müstəmləkə rəhbərliyinin qeyri-mütənasib güc tətbiq edərək 7 nəfərin - Lefkoşada 5, Famaqustada isə 2 nəfərin şəhid olmasına və çoxlu sayda insanın yaralanmasına səbəb olan hadisələrin 66-cı ildönümü ilə əlaqədar mesajında bu ifadələri işlədib: “27-28 Yanvar Müqaviməti Kipr türklərinin Kiprdə öz milli və dini kimlikləri ilə azad və özünü idarə etmək istədiklərini göstərən bir qiyam olduğu üçün böyük əhəmiyyət kəsb edir. Bu müqavimətlə Kipr türkləri nə ingilislərin, nə də yunanların qarşısında şəhid verəcəkləri bahasına olsa belə, təslim olmayacağını dünyaya göstərildi. Rum-Yunan duetinin Enosis arzusu Britaniya müstəmləkə idarəsindən bəri bu günə qədər də davam edir. Dünyaya söylənilən yalanların və dünyanın Kipr türklərinə qarşı tətbiq etdiyi qeyri-insani təcrübələrin təməlində bu xəyal dayanır.
Kipr türkləri dünən olduğu kimi bu gün də azadlıqları və təhlükəsizlikləri üçün hər cür fədakarlığa hazırdırlar. Şərəfli müqavimətin ildönümü olan bu gündə bütün şəhidlərimizi bir daha yad edir, 27-28 Yanvar müqavimətində iştirak edən və dəstək olan bütün xalqımızı minnətdarlıqla yad edirəm”, - deyib.скачать dle 12.1