Bia.Az

Pakistanın keçmiş baş naziri İmran Xanın məhkəməsi yekunlaşır

Dünya
 30-01-2024, 12:01     179

Pakistanın keçmiş baş naziri, müxalif Ədalət Uğrunda Hərəkat Partiyasının (ƏUH) lideri İmran Xanın və partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mehmud Qureşinin dövlət sirri haqqında qanunu pozmaqda ittiham olunan məhkəmə prosesi yekun mərhələyə qədəm qoyub.

Bizimyol.info xəbər verir ki, “The Express Tribune”nin verdiyi məlumata görə, Dövlət Sirlərinin Pozulması üzrə Xüsusi Məhkəmə hər iki siyasətçinin işi üzrə 25 şahidin dindirilməsini başa çatdırıb. Xan və Qureşi dindirməyə davam etmək niyyətindədir. Təqsirləndirilən şəxslər hakimlərə etimadsızlıq ifadələri ilə çıxış ediblər, lakin vəsatət rədd edilib.

Məhkəmə Xan və Qureyşi dövlət sirlərini açıqlamaqda təqsirli bilsə, onları uzun müddətə həbs cəzası və ya ölüm cəzası gözləyir. Siyasətçilər günahı etiraf etmirlər.

Məhkəmə baxılan işlərdə ƏUH rəhbərlərinə hökm çıxararsa, partiya Ali Məhkəmə tərəfindən qadağan edilmiş təşkilat elan edilə bilər. Bunun əsası Pakistan Seçki Komissiyasının ƏUH-nin “qadağan olunmuş vəsait əldə etməsi və bir sıra qanun pozuntuları törətməsi” barədə bəyanatı olacaq.

Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş rəhbəri 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ilin oktyabrında Seçki Komissiyası onu seçkilərdən kənarlaşdırıv və baş nazir kimi gəlirləri ilə bağlı maliyyə hesabatlarının "yanlış təqdim edilməsi" səbəbindən beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.

İndi keçmiş baş nazir dövlət sirrini yaymaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb və həbsdədir. Xanla bağlı təhqiqat 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrlənmiş teleqram aldığını açıq elan etdikdən sonra başlayıb. siyasətçinin sözlərinə görə, bunu ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində bildiriblər: “2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə baş nazirin hakimiyyətdən uzaqlaşdırılması tövsiyə edilib”, - deyə o qeyd edib.скачать dle 12.1