Bia.Az

Qərb Paşinyanın yerinə onu gətirməyi düşünür – FOTO

Dünya
 30-01-2024, 11:56     143

Qərb Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Nikol Paşinyanın varisi hesab edir. 

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, artıq Armen Qriqoryanla hökumət üzvləri arasında münasibətlər gərginləşib, ciddi etimadsızlıq yaranıb. Onun artıq hakim komanda ilə birlikdə hərəkət etmədiyi, ön plana çıxmağa çalışdığı deyilir.

Məlumata görə, Qərb A.Qriqoryanı Nikol Paşinyanın varisi hesab edir. Hətta baş naziri təhdid edirlər ki, o, Qərbin bütün tələblərini yerinə yetirməsə, Rusiya ilə əlaqələrdə diktə edilən xətt üzrə getməsə, Azərbaycanla sülh müqaviləsini onların şərtlərinə uyğun imzalamasa, Armen Qriqoryanla əvəz olunacaq. Çünki Qriqoryan bu planları sorğusuz yerinə yetirəcək kadrdır.

Qeyd olunub ki, Nikol Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etməsə də, indi vəziyyət dəyişib, narahat olmağa başlayıb.скачать dle 12.1