Bia.Az

İran XİN: "Vaşinqton Qəzzadakı böhranın siyasi yolla həll oluna biləcəyini anlayır"

Dünya
 30-01-2024, 11:52     173

"ABŞ prezidenti Co Baydenin administrasiyası Qəzza zolağı ətrafındakı böhranın siyasi yolla həllinin olduğunu başa düşür".

Bizimyol.info xəbər verir ki, bu fikri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Ağ Ev yaxşı bilir ki, Qəzzada müharibə və soyqırım, eləcə də regiondakı mövcud böhran siyasi yolla dayandırıla bilər”, - deyə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. Nazir qeyd edib ki, diplomatlar “bu istiqamətdə fəal işləyirlər”.

2023-cü ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin Ənsar Allah hərəkatı (Husilər) Fələstin anklavında əməliyyat dayandırılana qədər İsrail ərazisinə zərbələr endiriləcəyini, həmçinin, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında bu ölkə ilə əlaqəli gəmilərin İsrailin sularından keçməsinə icazə verməyəcəyini açıqlayıb. Bölgədə vəziyyətin gərginləşməsi fonunda İraq və Suriyadakı Amerika bazalarına hücumlar daha tez-tez baş verir. Onların bəzilərinin məsuliyyətini “İraqın İslam Müqaviməti” şiə hərəkatı öz üzərinə götürüb.скачать dle 12.1