Bia.Az

Xankəndidən qaçan ermənilər ABŞ-da: Azərbaycan əleyhinə nə planlaşdırılır?

Dünya
 29-01-2024, 14:41     155

Yanvarın 30-31-də ABŞ-da Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) keçiriləcək. Tədbir ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) tərəfindən və ABŞ Senatının həmsədrliyi ilə keçirilir.

Diqqətçəkən məqam isə IRF-2024 Sammitində çıxış edən spikerlər arasında Xankəndidən olan “qaçqın jurnalist” kimi təsvir edilən Siranuş Sarkisyan da daxil olmaqla beş erməni var. Bu isə onu deməyə əsas verir ki, IRF sammiti getdikcə islamafob və xristian fanatizmi ideyalarını təbliğ edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Dini Etiqad Azadlığı Sammitində Xankəndidən olan şəxsin “qaçqın jurnalist” kimi iştirak etməsi həm samitin mahiyyətindən, həm də indidən qəbul ediləcək qərarların qeyri-obyektiv olacağından xəbər verir:

Əlimusa İbrahimov

“Heç şübhəsiz burada Azərbaycan haqqında əsassız iddialar səslənəcək. Xüsusilə Qarabağdakı erməni irsinin dağıdılması, etnik təmizləmə kimi iddialar bir daha qeyd ediləcək. Təbii ki, sammit iştirakçıları Qarabağda baş verən hadisələri təhrif etməklə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunacaqlar.

Heç şübhəsiz bütün bunlar mənfi haldır. Azərbaycan əleyhinə qəbul ediləcək qərarların bizim nəzərimizdə heç bir əhəmiyyəti yoxdur. Necə ki, ABŞ Senatının bu yaxınlarda qəbul etdiyi qərara rəsmi Bakı əhəmiyyət vermədi. Qeyd edim ki, eyni iddialar orda da qeyd edilmişdi.
Bütün bunlara baxmayaraq hesab edirəm ki, Azərbaycan bu və bu kimi tədbirlərə hazırlıqlı olmalı, təcrübəli nümayəndə göndərərək debatlarda iştirakı təmin edilməlidir. Ən azından əleyhimizə səsələnən iddialara arqumentlər ilə cavab verilməlidir. Xüsusilə Azərbaycandan dini nümayəndələr bu tədbirə qatılmalıdırlar”.скачать dle 12.1