Bia.Az

ABŞ şok yaşadır: Vaşinqton Netanyahuya təzyiqi artırır – Hədəf budur

Dünya
 29-01-2024, 14:37     155

ABŞ administrasiyası İsraili Qəzza zolağında hərbi əməliyyatların miqyasını azaltmağa inandırmaq üçün bu ölkəyə silah satışını ləngidə və ya dayandıra bilər. Prezident Co Bayden İsrailin dayanmasını təklif etsə də, Baş nazir Benyamin Netanyahu buna qarşı çıxıb. Diqqətçəkən digər bir məqam isə İsrailin Livanda genişmiqyaslı hərbi əməliyyatlara başlamaq istəməsidir.

Maraqlıdır, ABŞ tərəfindən yardım dayandırılsa və ya minimuma endirilsə, HƏMAS-İsrail münaqişə zonasında hansı dəyişikliklər ola bilər?

BİA.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, ABŞ silah və hərbi dəstəyini dayandırsa və ya azaltsa, o zaman İsrail uzun müddət müharibə apara bilməz:

“Ancaq məsələ ondadır ki, heç bir ABŞ hökuməti seçkiqabağı belə bir addıma risk edə bilməz. Çünki bu yəhudi lobbisinin qəzəbinə səbəb ola bilər. Buna görə də, belə bir addımı gözləmək olmaz.


Kənan Rövşənoğlu
Lakin məlum olduğu kimi, İsrail özü Qəzzadakı bəzi qüvvələrini geri çəkib. Bu isə sırf itkilərlə bağlıdır. Çünki kütləvi ordu qrupları ilə şəhər əməliyyatları həm də böyük itki deməkdir. Bu səbəbdən İsrail məcburdur ki, qüvvələri azaltsın. Ancaq ümumilikdə, İsrailin hazırkı sağçı hökuməti müharibəni HƏMAS-ı məhv edənə, Qəzzaya nəzarəti ələ keçirənə qədər davam etdirmək istəyir. Buna isə nail olmaq elə də asan deyil.
O ki qaldı İsrailin Livana hücuma hazırlaşmasına, bu, düzdür. Amma bunun üçün ilk olaraq Livandan hücum olmalıdır. İsrail Livana hücum eləsə o zaman ciddi qınaq və ittihamlarla üzləşəcək. Bu zaman isə dəstəyi azala bilər. Ona görə də İsrail kəşfiyyatı çalışır ki, Livanı müharibəyə cəlb etsin, yəni Livandan hücum olsun.
Təbii ki, qarşı tərəf də bunu bildiyi üçün ilk hücum edən olmaq istəmir. Ümumiyyətlə, Livanda ilk hücum edən məğlub olacaq, buna görə də hər iki tərəf qarşı tərəfin hücum etməsini gözləyir”.скачать dle 12.1