Bia.Az

Kəndlər uğrunda mübarizə başlayır – Mikayelyan

Dünya
 29-01-2024, 14:17     124

“Bizim, yəni “artsax”ın (məhv olmuş qondarma rejim – red.) üç “prezidenti” hazırda Bakıdadır, buna görə dünya qarşısında utanırıq”.

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Sasun Mikayelyan deyib.

O bildirib ki, cari ildə anklavlarla bağlı müzakirə qızışacaq:

“2024-cü ildə anklavlar uğrunda mübarizə aparmalı olacağıq”.

S.Mikayelyanın sözlərinə görə, rəsmi İrəvan Qarabağı tam unutdurmaq üçün konstitusiya dəyişikliyinə getmək istəyir:

“Hazırda hakimiyyət konstitusiyanı dəyişmək istəyir ki, Qarabağ məsələsi bağlansın, diqqətdən kənarda qalsın”.

Qeyd edək ki, Qazaxın 8, Naxçıvanın isə Kərki kəndi hələ də işğaldadır. Bundan başqa, Ermənistan Başkəndə iddia edir. Sasun Mikayelyan “anklavlar” deyərkən çox güman bunları nəzərdə tutur.скачать dle 12.1