Bia.Az

Yəməndəki husilər Ədən körfəzində ABŞ gəmisinə hücum edib

Dünya
 29-01-2024, 13:07     107

Yəmənin şimalını idarə edən İranın dəstəklədiyi şiə Ənsar Allah hərəkatı Ədən körfəzində ABŞ gəmisinə yeni raket zərbəsi endirib.

Bizimyol.info xəbər verir ki, bunu Husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

“ABŞ-İngiltərənin ölkəmizə qarşı təcavüzünə cavab olaraq, Uca Yaradanın köməkliyi ilə Yəmən Hərbi Dəniz Qüvvələri dünən gecə Ədən körfəzində üzərkən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Lewis B. Puller” gəmisinə raket atıb” - deyə o qeyd edib.

Husilərin hərbi nümayəndəsinin sözlərinə görə, bu gəminin vəzifələri arasında Yəməndə zərbələrdə iştirak edən Amerika qüvvələrinə maddi-texniki dəstək vermək də var. Yanvarın 12-dən etibarən ABŞ və Britaniya aviasiyası Yəmənin müxtəlif bölgələrində husilərin hərbi mövqelərinə zərbələr endirərək, onların Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücum əməliyyatlatının qarşısını almağa çalışır və gəmilərin İsrail limanlarına keçidini qoruyur. Eyni zamanda husilər bildiriblər ki, ABŞ-ın bu zərbələri onların hərbi imkanlarına təsir etmir və onlar Qəzza zolağında hərbi əməliyyatlar dayandırılana qədər İsrail gəmilərinə və ya bu ölkənin limanlarına gedən gəmilərə hücumları davam etdirəcəklər.скачать dle 12.1