Bia.Az

Zelenski: "ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa təkbaşına bunun öhdəsindən gələ bilməyəcək"

Dünya
 29-01-2024, 12:59     98

Ukrayna prezidenti Vladimir Zelenski qeyd edir ki, Amerika Birləşmiş Ştatları Ukraynaya yardımı dayandırarsa, Avropa bu təminatın öhdəsindən gələ bilməyəcək, lakin o, bunun baş verməyəcəyinə inanır.

Bizimyol.info xəbər verir ki, Prezident bunu Almaniyanın "ARD" telekanalına müsahibəsində ABŞ-ın Ukraynaya yardımını dayandıracağı təqdirdə nə baş verəcəyi və Avropanın belə bir boşluğu doldura biləcəkmi sualına cavab verərkən deyib.
"Birincisi, inanıram ki, bu baş verməyəcək. Avropa tək qalmayacaq. Və burada sual mürəkkəbdir. Birincisi: Avropa təkbaşına bunun öhdəsindən gələ bilməyəcək. Ukraynanı əvvəllər dəstək aldığı səviyyədə: nə silah, nə də maliyyə təmin edə bilməyəcək.
Niyə? Çünki yəqin ki, bütün Avropa birləşsə belə, Ukraynaya kifayət qədər dəstək verə bilərdi, amma ABŞ-ın təsiri var. Siqnallar çox müsbət olmayanda, bu, bəzi Avropa liderlərinə eyni dərəcədə təsir göstərir”, - deyə Zelenski qeyd edib.
Onun fikrincə, ABŞ-ın dəstək proseslərini gecikdirməsi baş verərsə, bu, vahid Avropaya öz təsirini göstərəcək. “Və burada ardıcıl problemlər var. Birincisi, artıq bildirdim ki, Ukraynada silah və maliyyə çatışmazlığıdır. İkincisi, düşünürəm ki, Amerika Birləşmiş Ştatları ilə Avropa arasında müttəfiqlik itiriləcək. Üçüncüsü, Avropanın özü başa düşəcək ki, Ukrayna müqavimət göstərə bilməsə, bu, ABŞ-dan Avropanın təklənəcəyinə dair siqnaldır və NATO ölkələrinin Rusiyanın hücumuna məruz qalacağı təqdirdə təkbaşına mübarizə aparlı olacağının göstəricisidir. Putin irəli getsə, Rusiyaya kim müqavimət göstərəcək? Yəni ciddi təhlükə olacaq. Putin bundan 100% yararlanacaq. Bu həm də NATO-nun o qədər də güclü olmayacağına işarə olacaq. Çünki Amerika Birləşmiş Ştatları ayrılsa, başqasının NATO haqqında, təhlükəsizlik ölkələrinin ittifaqı haqqında fərqli fikri olacaq. Niyə? Çünki onların Rusiya Federasiyası ilə iqtisadi əlaqələri var”, - deyə prezident bildirib.
O, sanksiya siyasətinin də “yıxılacağı” fikrini bildirib, çünki ABŞ Ukraynanı dəstəkləməklə Avropa ölkələrinin Rusiyaya qarşı sanksiya siyasətinə də təsir edir. "Ona görə də mən hesab edirəm ki, ümumilikdə: dünyanın yenidən bölüşdürülməsi - buna belə deyilir", - Zelenski əlavə edib.
Bundan əvvəl “The Washington Post” rusiyalı və avropalı rəsmilər və iş adamları ilə müsahibələrə əsaslanaraq yazıb ki, Kreml nikbindir, Çin və digər ölkələrlə daha sıx iqtisadi, həmçinin diplomatik əlaqələr quraraq Qərbə qarşı uğurla müqavimət göstərə biləcəyinə əmindir. Nəşr qeyd edib ki, Rusiya Qərbin dəstəklədiyi Ukrayna əks-hücumunun qarşısını almaqda uğur qazanıb, bunun ardınca Vaşinqton və Brüsseldə Kiyevin maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı siyasi çıxılmaz vəziyyət yaranıb.
"Moskvanın fikrincə, ABŞ-ın İsrailin Qəzzanı işğal etməsinə verdiyi dəstək Vaşinqtonun dünyanın bir çox yerlərində mövqeyini zədələyib. Hadisələrin üst-üstə düşməsi Rusiyanın qlobal mövqeyi ilə bağlı nikbinliyin artmasına səbəb olub", - deyə mətndə qeyd edilir.скачать dle 12.1