Bia.Az

Şuşadan qaçan general özünə belə təsəlli verdi

Dünya
 28-01-2024, 13:52     176

“Biz ordu gününü müxtəlif şəraitdə qeyd edirik, çünki 44 günlük müharibədən sonra ümidsizlik içindəyik”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Bu gün ordunun vəziyyətini qiymətləndirmək çətindir. Bugünkü hakimiyyət müharibədən sonra ordunun döyüş qabiliyyətini tam bərpa etməyə borclu idi. Amma burada müəyyən nöqsanlara yol verildi. Mövcud hakimiyyətin fəaliyyəti dövründə birlik pozuldu. Ordu deyil, bu şəxslərin rəhbərlik etdiyi dövlət məğlub oldu”, – o bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin sonlarında Şuşanın müdafiəsi Seyran Ohanyana tapşırılıb. Lakin o, öz qrupu ilə maşınına minərək şəhərdən qaçıb.скачать dle 12.1