Bia.Az

Köçəryan yeni müharibə mesajı verdi

Dünya
 28-01-2024, 13:45     177

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ordu günü münasibətilə təbrik mesajı yayımlayıb.
Globalinfo.az xəbər verir ki, o, təbrik məktubunda növbəti dəfə revanşist mövqe sərgiləyib.

“Ümid edirəm ki, Ermənistan ordusu qəddini düzəldəcək və əvvəlki şöhrətini, qüdrətini bərpa edəcək”, – deyən Köçəryan “erməni xalqı üçün bir daha ləyaqətli sülhü təmin olunması”ndan bəhs edib.

Xocalı qatili “bir daha ləyaqətli sülh” deyərkən ehtimal yeni müharibə nəticəsində Azərbaycan ərazilərinin növbəti dəfə işğal edilməsindən sonra “imzalanacaq” hansısa sülh sazişini nəzərdə tutmağa çalışıb. Lakin Köçəryanın və eləcə də digər revanşistlərin bu iddiaları absurddur. Azərbaycan Prezidenti İlham Əliyev “xalqımız Qarabağda əbədi yaşayacaq” deməklə bundan sonra işğala imkan verilməyəcəyini bəyan edib.скачать dle 12.1