Bia.Az

Trampdan KRİTİK AÇIQLAMA: “Sərhədimiz bizim məhvimiz üçün silaha çevrilib”

Dünya
 28-01-2024, 01:27     250

Sabiq Prezidenti Donald Tramp ölkənin cənub sərhədindəki vəziyyəti ABŞ üçün kütləvi qırğın silahı adlandırıb.

Globalinfo.az xəbər verir ki, Tramp  qeyri-qanuni miqrant axını ilə əlaqədar ABŞ-Meksika sərhədində yaranan vəziyyəti şərh edərkən belə deyib:

“Sərhədimiz bizim məhvimiz üçün kütləvi qırğın silahına çevrilib”, deyə sabiq Prezident vurğulayıb.

Qeyd edək ki, Texas qubernatoru Qreq Ebbot ştatın sərhədlərinin qeyri-qanuni miqrantlardan qorunması məsələsində federal hakimiyyət orqanları ilə mübahisəyə hazır olduğunu bildirib. Ona sabiq Prezidet Donald Tramp, ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli, İlon Mask və 25 ştatın respublikaçı qubernatorları dəstək olublar.

Məlumat üçün bildirək ki, yanvarın 22-də ABŞ Ali Məhkəməsi Texas qubernatorunun miqrant axını ilə mübarizə çərçivəsində ABŞ-Meksika sərhədində tikdirdiyi 48 kilometrlik hasarın sökülməsinə qərar verib. Lakin Ştat rəhbərliyi ABŞ administrasiyasını sərhədi lazımi şəkildə qorumamaqda və qeyri-qanuni miqrant axınına göz yummaqda günahlandırıb.скачать dle 12.1