Bia.Az

SON DƏQİQƏ: Ərəb sülhməramlıları Qəzzaya göndərilir? – İsrailin CAVABI…

Dünya
 28-01-2024, 00:50     249

Ərəb sülhməramlı qüvvələrinin Qəzzaya göndərilməsi məsələsi diplomatlar tərəfindən müzakirə edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Qəzetin yazdığına görə, İsrail rəsmiləri bu təklifi rədd edir. Əvəzində isə anklavda İsrailin nəzarəti altında olan çoxmillətli qüvvələrin yerləşdirilməsi təklif olunur.

Qeyd edək ki, yüksək rütbəli xarici rəsmilər münaqişə başa çatdıqdan sonra anklavda asayişi təmin etmək üçün Qəzza zolağına ərəb sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsini müzakirəyə çıxarıblar. Lakin İsrailin bu fikiri rədd etməsi və öz versiyasını irəli sürməsi də uyğun variant kimi görünmür.

Qəzet yazır ki, ərəb liderləri də İsrailin Qəzzaya çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı səsləndirdiyi təklifə qarşı çıxıblar.скачать dle 12.1