Bia.Az

Senator Sandersdən ABŞ-a çağırış: "İsrailə yardımı dayandırın"

Dünya
 27-01-2024, 23:07     329

Müstəqil ABŞ senatoru Bernie Sanders “The Guardian” qəzetindəki məqaləsində ABŞ Nümayəndələr Palatası və Senatının Qəzzada baş verən “ağır humanitar fəlakəti” görməzlikdən gəldiyinə diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, bu barədə "trthaber" məlumat verib.

Sanders, ABŞ-ın Netanyahuya qeyri-insani müharibəsini dəstəkləmək üçün bir dollar daha verməyəcəklərini açıq şəkildə bildirməli olduğuna diqqət çəkib: “Gəlin açıq deyək: Qəzzada baş verənlər bizim sahillərdən minlərlə mil aralıda baş verən uğursuz faciə deyil. ABŞ hər il İsrailə 3,8 milyard dollar hərbi yardım edir və Qəzzanı məhv edən bombalar, hərbi texnikalar ABŞ-da istehsal olunur. Başqa sözlə, biz baş verənlərə şərikik”, - deyə bildirib.

Komandasının Qəzzada Birləşmiş Millətlər (BMT), Ümumdünya Ərzaq Proqramı və digər humanitar təşkilatlarla görüşdüyünü vurğulayan Sanders, bölgədə humanitar yardımların əldə edilməsində normal vəziyyətə qayıtmanın mümkün olmadığı təqdirdə ishal, qarşısı alına bilən xəstəliklər və aclıq, eləcə də, çox sayda insanın susuzluqdan ölə biləcəyinə diqqət çəkib.

Baş verənlərin təbii fəlakət olmadığını qeyd edən Sanders: “Bu, İsrailin ifrat sağçı hökumətinin lideri Benyamin Netanyahu və digər siyasi liderlərin etdiyi seçimlərin birbaşa nəticəsidir”, - deyə qeyd edib.

Qəzzaya gedən üç su kəmərindən yalnız birinin işlədiyini bildirən ABŞ senatoru, BMT-nin Qəzzada 570 min insanın hazırda aclıqla bərabər "fəlakətli aclıqla" üzləşdiyini bildirib.

Qəzzada səhiyyə xidmətlərinin dayandığını qeyd edən Sanders: "Bu gün Qəzzada həyat belədir. Amerika xalqı buna məhəl qoymamalıdır. Bayden administrasiyası buna həssaslıqla yanaşmalıdır. Konqres bun diqqətdə saxlamalıdır", - deyə qeyd edib.скачать dle 12.1