Bia.Az

Britaniyadan beş bəndlik PLAN: Yaxın Şərqdə münaqişə bitir?

Dünya
 27-01-2024, 22:52     242

Britaniya Fələstin-İsrail münaqişəsinin həlli üçün plan hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat dərc edib.

Məlumata görə, beş bəndlik plan xüsusilə humanitar fasilənin dərhal elan edilməsini və Fələstin texnokrat hökumətinin yaradılmasını özündə ehtiva edir.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu həftə Yaxın Şərqə səfəri zamanı Londonun təkliflərini İsrail və Fələstin Milli Administrasiyasının rəhbərliyi ilə müzakirə edib. Təklif olunan beş bəndlik plan humanitar fasilənin dərhal elan edilməsini, İordan çayının qərb sahilinə və Qəzza zolağına rəhbərlik edəcək texnokratlardan ibarət Fələstin hökumətinin yaradılmasını nəzərdə tutur.

Eyni zamanda Həmas yaraqlıları tərəfindən saxlanılan bütün girovların azad edilməsi, ərəb ölkələrinin radikal hərəkatlarının İsrail ərazisinə hücumlarının həmişəlik dayandırılacağına zəmanətin verilməsi planda öz əksini tapıb. Bundan başqa Britaniya hökuməti HƏMAS Hərəkatının hərbi rəhbərliyinin Qəzza sektorunu tərk etməli olacağını diqqətə çatdırıb. Bundan əlavə, iki dövlət konsepsiyası çərçivəsində Fələstin dövlətinin formalaşması üçün siyasi mühitin  müəyyənləşdirilməsi təklif edilir.

Xatırladaq ki, daha öncə BMT Təhlükəsizlik Şurasında keçirilən Yaxın Şərq üzrə debatda çıxış edən Devid Kemeronun müavini Tariq Əhməd fələstinlilərin Qəzza zolağından zorla köçürülməsinin tamamilə yolverilməz olduğunu vurğulamışdı.

Nəşr yazır ki, Britaniyanın təşəbbüsü ilə yanaşı, Qərb və Yaxın Şərq ölkələrinin liderləri digər alternativ təklifləri də müzakirə edirlər.скачать dle 12.1