Bia.Az

“Paşinyan Əliyevə söz verib ki…” – Nahapetyan

Dünya
 27-01-2024, 22:49     191

“Hazırda İrəvan hökümətinin əsas taktikası yaranmış vəziyyətin məsuliyyətini əvvəlki hakimiyyətin üzərinə yıxmaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

Ekspert Ermənistan hakimiyyətinin Praqada bir sıra sözlər verdiyini bildirib:

“Hər nə qədər başlarını dəvəquşu kimi quma basdırmağa çalışsalar da, problemlər həll olunmayacaq. Hakimiyyət öz ehtiraslarına uyğun hərəkət edir. Məsələn, Nikol Paşinyanın 2022-ci ildə Praqada keçirilən görüşdə bir sıra sözlər verməsi, sonrakı mərhələdə Azərbaycan və Türkiyənin mövqeyi daha da gücləndirdi. O, Qarabağı təhvil vermək sözünü tutdu, indi sıra digər məsələlərdədir”.скачать dle 12.1