Bia.Az

Bayden və Si Cinpinq yaxın aylarda telefon danışığı aparacaqlar

Dünya
 27-01-2024, 21:01     251

ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinq yaxın aylarda telefon danışığı aparacaqlar.


Bizimyol.info xəbər verir ki, bunu Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın Banqkokda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşünə həsr olunmuş xüsusi brifinqdə deyib.

“Tərəflər strateji kommunikasiya kanalları vasitəsilə təmasları davam etdirmək istəyirlər və hər iki istiqamətdə təkcə hökumət səviyyəsində deyil, həm də yaxın aylarda iki lider arasında telefon danışığı vasitəsilə əlavə kommunikasiya kanallarının yaradılması barədə razılığa gəliblər”, - deyə ABŞ rəsmisi qeyd edib. O, Bayden və Si Cinpinq arasında gözlənilən söhbət üçün konkret tarix açıqlamayıb və bunun yazda baş tuta biləcəyini vurğulayıb.

15 noyabr 2023-cü ildə Bayden və Si Cinpinq, Çin prezidentinin altı illik hakimiyyəti ərzində ABŞ-a ilk səfəri zamanı baş tutan görüşdə - San-Fransiskoda keçirilən tədbirdə bir araya gəldilər. "Sinxua" agentliyinin o zaman xəbər verdiyi kimi, liderlər “bərabərlik və hörmət əsasında iki ölkənin silahlı qüvvələri arasında yüksək səviyyəli əlaqəni bərpa etmək, Çin Xalq Respublikası və ABŞ müdafiə nazirləri arasında işgüzar görüşlər, dəniz təhlükəsizliyi məsələləri üzrə məsləhətləşmə mexanizmi, eləcə də, döyüş komandanlıq zonalarının komandirləri arasında telefon danışıqlarını müzakirə ediblər.

Onlar həmçinin süni intellekt sahəsində Çin-Amerika layihələrini təşviq etmək üçün hökumətlərarası dialoqa başlamaq barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər turizm və təhsil sahələrində, həmçinin, narkotiklərlə mübarizə üzrə birgə proqramlar çərçivəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.скачать dle 12.1