Bia.Az

Putin dünyaya səsləndi: “Nasizmi məhv etmək üçün…”

Dünya
 27-01-2024, 20:51     189

“Rusiya nasizmi tamamilə məhv etmək üçün hər şeyi edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fikir səsləndirib.

O bildirib ki, nasist cəlladlarının bugünkü davamçıları məhvə məhkumdur:

“Rusiya bu ideologiyanı məhv etmək üçün əlindən gələni əsirgəməyəcək”.

Qeyd edək ki, Rusiya lideri Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinə ucaldılan abidənin açılış mərasimində çıxış edib:

“Biz nasizmi dayandırmaq və tamamilə məhv etmək üçün hər şeyi edəcəyik. Nasist cəlladlarının davamçıları da məhvə məhkumdurlar.

Milyonlarla insanın arzusunu heç nə dayandıra bilməz. Əsl azadlıq və ədalət, sülh və təhlükəsizlik üçün səfərbər olacağıq”, – deyə Kreml rəhbəri fikirlərini tamamlayıb.скачать dle 12.1