Bia.Az

Husilər Rusiya nefti daşıyan tankeri vurublar

Dünya
 27-01-2024, 20:29     167

Bizimyol.info xəbər verir ki, BBC-nin məlumatına görə, "Marlin Luanda" raketlə vurulduqdan sonra alovlanıb.

Tanker Britaniyanın "Trafigura" operatoru tərəfindən idarə olunur. Orada BBC-yə bildirilib ki, yanğın yük bölmələrindən birində raket zərbəsindən sonra başlayıb və o, standart yanğınsöndürmə texnikası ilə söndürülüb. İtkilər barədə məlumat verilmir.

Husilər əvvəllər Rusiya və Çin gəmilərinə hücum etməyəcəklərinə söz versələr də, bu zərbəyə görə məsuliyyəti artıq üzərlərinə götürüblər. Düzdür, "Marlin Luanda" Marşal adalarının bayrağını altında üzüb və Britaniya şirkəti tərəfindən idarə olunur. ABŞ rəsmiləri onun gəmi əleyhinə ballistik raketlə vurulduğunu bildiriblər.

Rusiya mətbuatı tankerin operatoru “Trafigura” istinadən məlumat verib ki, Yəmən husilərinin Ədən körfəzində hücumuna məruz qalan neft məhsulları daşıyan “Marlin Luanda” tankerinin ekipajı gəmidəki yanğını söndürə bilib.

“Bildiririk ki, "Marlin Luanda"nın göyərtəsində olan bütün ekipaj üzvlərinin təhlükəsiz olduğunu və yük çənindəki yanğının tamamilə söndürüldüyünü təsdiqləməkdən məmnunuq. Hazırda gəmi təhlükəsiz limana doğru gedir. Ekipaj gəminin və yükün vəziyyətini yaxından izləməyə davam edir”, - deyə mesajda qeyd edilib.

Şirkətdən verilən məlumatda bildirilir ki, ekipajı “son dərəcə çətin şəraitdə” işləyən, hücuma məruz qalan tankerin köməyinə Hindistan, ABŞ və Fransa donanmalarının gəmiləri gəlib. Şirkət həmçinin bildirib ki, hazırda işlədiyi heç bir gəmi Ədən körfəzinin sularından keçmir.скачать dle 12.1