Bia.Az

İsrail Livandan gələn şübhəli hava obyektlərini vurduğunu açıqlayıb

Dünya
 27-01-2024, 20:27     213

İsrail hərbçiləri Livandan gələn “şübhəli hava hədəfini” ələ keçirib və Livan ərazisində şiə Hizbullah təşkilatının hədəflərinə yeni zərbələr endirib.


Bizimyol.info xəbər verir ki bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Gün ərzində Livandan İsrailin şimalına çoxsaylı hava zərbələri qeydə alınıb. Bu gün səhər saatlarında düşmən təyyarəsinin sızması ilə əlaqədar İsrailin şimalında sirenlər səsləndikdən sonra İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Livan ərazisində İsrail ərazisinə yaxınlaşdığı güman edilən şübhəli hava hədəfini uğurla ələ keçirib”, - deyə mesajda qeyd edilir.

“Bu gün səhər saatlarında İMQ döyüş təyyarələri Livanda Hizbullah terrorçularının bir sıra hədəflərinə zərbə endirib. Müdafiə Qüvvələri, o cümlədən Blida və Marvahine bölgələrində Hizbullah terrorçularının istifadə etdiyi hərbi məntəqə və iqamətgahı vurub. Ait əş-Şaab bölgəsindəki terror infrastrukturuna da hücumlar həyata keçirilib”, - deyə mətbuat xidməti əlavə edib.скачать dle 12.1