Bia.Az

Sullivan: "ABŞ və Çin arasında münaqişə qəbuledilməzdir"

Dünya
 27-01-2024, 20:23     210

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Çinin xarici işlər naziri Vanq Yiyə iki ölkə arasında silahlı münaqişənin yolverilməz olduğuna işarə edib.


Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, Sullivan görüşdə deyib ki, ABŞ və Çin arasında rəqabətə baxmayaraq, hər iki ölkə onun münaqişə və ya qarşıdurmaya çevrilməsinin qarşısını almalıdır. Tərəflər “qlobal və regional məsələlərlə bağlı səmimi, mənalı və konstruktiv söhbət” aparıb, digər məsələlərlə yanaşı, Ukrayna böhranı, Yaxın Şərqdəki vəziyyət, Cənubi Çin dənizi və Myanma, eləcə də KXDR-dəki vəziyyəti müzakirə ediblər.
"Sullivan, Vanq Yi ilə söhbətində "Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıb", - deyə bəyanatda qeyd edilir. Banqkokda keçirilən görüşdə tərəflər “açıq ünsiyyət xətlərinin saxlanması və rəqabəti məsuliyyətlə idarə etmək” haqqında da danışıblar.
Birləşmiş Ştatlar və Çin nümayəndələri “əməkdaşlıq sahələrində növbəti addımları müzakirə etdilər” və iki ölkənin “hərbçiləri arasında rabitənin bərpasında irəliləyiş” olduğunu qeyd etdilər. Bundan əlavə, görüşdə bu ilin yazında ABŞ və Çin arasında süni intellekt məsələləri üzrə dialoqun aparılmasına yönəlmiş addımlar müzakirə edilib. Sallivan və Vanq Yi narkotiklərlə mübarizə mövzusuna, o cümlədən bu sahədə “yanvarın 30-da ABŞ-Çin işçi qrupunun fəaliyyətə başlaması” məsələsinə də toxundular.

“Tərəflər açıq kommunikasiya kanallarının saxlanmasına, ABŞ və Çin Xalq Respublikası arasında əsas məsələlər üzrə əlavə diplomatiyanın, eləcə də, yüksək səviyyəli məsləhətləşmələrin təşviqinə sadiq olduqlarını, o cümlədən prezident Co Bayden və Prezident Si Cinpinq arasında telefon danışığı vasitəsilə təsdiqlədilər”, - deyə bəyanatda qeyd olunub.скачать dle 12.1