Bia.Az

Mask: "Sərhədçilər qeyri-qanuni miqrantların ABŞ-ın cənub sərhədini keçməsinə kömək edirlər"

Dünya
 27-01-2024, 20:21     196

Elon Mask bildirib ki, Sərhəd Patrulunun vəzifəsi qeyri-qanuni miqrantların ABŞ-ın cənub sərhədini keçməsinə kömək etməkdir.


Bizimyol.info xəbər verir ki, "X" sosial şəbəkə platformasında yazıb.

“Divar tikmək diqqəti yayındırır. Qeyri-qanuni miqrantlarla vəziyyəti düzəltmək üçün divara ehtiyacımız yoxdur. Sərhəd Patrulunun vəzifəsi ABŞ-a genişmiqyaslı qanunsuz girişi asanlaşdırmaqdır.

Əsas problem ondan ibarətdir ki, istənilən miqrant buna ehtiyacı sübut etmədən sığınacaq istəyə bilər, bu isə o deməkdir ki, Yer kürəsinin bütün əhalisi Amerikaya gələ bilər”, - deyə o qeyd edib.

Bundan əvvəl Mask artıq qeyd etmişdi ki, ABŞ prezidenti Co Bayden administrasiyası miqrantların ölkəyə daxil olmasını bəyənir.

Texas qubernatoru Qreq Abbott daha əvvəl jurnalist Taker Karlsona verdiyi müsahibədə ştatın sərhədlərinin qeyri-qanuni miqrantlardan qorunması məsələsində federal hakimiyyət orqanları ilə münaqişəyə hazır olduğunu bildirib. Abbottun dəstəyini ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, İlon Mask, eləcə də 25 ştatın respublikaçı qubernatorları bəyan ediblər.

Yanvarın 22-də "Fox News" xəbər verib ki, ABŞ Ali Məhkəməsi Abbottun miqrant axınına qarşı mübarizəsi çərçivəsində Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış 30 mil (təxminən 48 km) məftilli hasarın sökülməsinə qərar verib. Məhkəmənin qərarı Sərhəd Xidmətinə məhkəmə zamanı sərhəd boyu naqilləri kəsməyə icazə verib. Texas Milli Qvardiyası federal sərhəd patrul agentlərinin Rio Qrande çayı boyunca Meksika ilə sərhədə daxil olmasını əngəlləyib. Dövlət orqanları dəfələrlə bəyan ediblər ki, ABŞ administrasiyası sərhədi lazımi şəkildə qorumur və bu, qeyri-leqal miqrantların artmasına səbəb olub.

Texas onları Vaşinqton, Nyu York və Çikaqo da daxil olmaqla Amerikanın böyük şəhərlərinə avtobuslarla göndərməyə başlayıb.скачать dle 12.1