Bia.Az

Kremldən atəşkəs siqnalı – Rusiya savaşı bitirir?

Dünya
 27-01-2024, 13:22     126

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Kreml Ukraynada nizamlanma üzrə danışıqlara hər zaman hazırdır və öz məqsədlərinə diplomatik yollarla nail olmağa üstünlük verir”.

Maraqlıdır, Rusiya Ukrayna ilə bağlı mövqeyini dəyişib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev qeyd edib ki,

Rusiyanın məqsədi Ukraynanı ilhaq etmək, yaxud da hakimiyyət dəyişikliyini reallaşdırmaqdır:

“Rəsmi Moskva Kiyevi ələ keçirə bilmədi. Sərhədinə yaxın, rusdilli əhalinin çoxluq təşkil etdiyi Xarkov şəhərini belə tuta bilmədi.

Turab Rzayev
Böyük şəhərlərdən Xerson xəyanət nəticəsində ələ keçirildi. Rusiya hazırda özünə yaxın olan əraziləri işğal etməyə, konflikti yaymağa və Ukraynanı atəşkəsə məcbur etməyə çalışır. Qərb isə Rusiyanın qələbəsi ilə barışmayacaq və sonuna qədər Ukraynanı dəstəkləyəcəyini bildirib. Başlanğıcda Ukraynaya nəzərdə tutulan bütün dəstək verildi. Son dövrlər həmin birlik özünü lazımi qədər göstərmir.

Bundan öncə belə bir fikir var idi ki, Ukrayna yayda öz ərazilərini işğaldan azad edəcək, hətta Rusiya ərazilərinə də daxil olacaq. Lakin bu planlar da baş tutmadı. Yəni hər iki tərəf istəyinə nail ola bilmədi. Buna görə də Moskva Ukraynanın atəşkəsə getməsini gözləyir”.
Politoloqun fikrincə, Rusiya məsələnin diplomatik yolla həllini uzun zamandır irəli sürür:

“Türkiyə və Çinin vasitəçiliyi də təklif edilmişdi. Lakin Ukrayna rəhbərliyi bunu qəbul etmir. Çünki bu, Volodimir Zelenskinin siyasi intiharı deməkdir. Kiyevin də müqavimət gücü qalmayıb. Xüsusi uğur əldə edə bilməsə, Rusiyanın şərtlərini qəbul etməli olacaq”.скачать dle 12.1