Bia.Az

Vaşinqtonun Moskva PLANI: “ABŞ Rusiyanı “boğmağa” çalışır”

Dünya
 27-01-2024, 00:54     194

“ABŞ başda olmaqla bütün Qərb çoxqütblüyə keçidə şiddətlə müqavimət göstərir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda Vaşinqtonun qlobal üstünlüyünü qoruyub saxlamağa çalışdığı bildirilir:

“Vaşinqton dünyadakı hökmranlığını saxlamağa çalışır. Ancaq onun maraqlarının həyata keçirilməsinə imkan verməyən Rusiya kimi bir maneə ilə qarşı-qarşıyadır. Hərçənd Vaşinqtonun anti-Rusiya blokunun postsovet məkanında genişlənmək istəyi Ukrayna müharibəsinə səbəb oldu. Xarici konturumuzu qorumaq üçün atdığımız addımlara cavab olaraq ABŞ və onun müttəfiqləri Rusiyanı siyasi və iqtisadi cəhətdən boğmağa, eləcə də Moskvanı döyüş meydanında strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bunun üçün onlar total hibrid müharibəyə başlayıblar. Bu, Qərbin açıq elan etdiyi strategiyadır”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.скачать dle 12.1