Bia.Az

ŞOK: “Qərb Rusiyanın AES-lərində təxribat törətmək istəyir” – Narışkin AÇIQLADI

Dünya
 26-01-2024, 23:37     186

“Qərb Rusiyada inqilab təşkil edə bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

O bildirib ki, Qərb müxtəlif ölkələrdə öz maraqları naminə sabitliyi pozur. Onlar buna elə vərdiş ediblər ki, Rusiyada da adekvat addım atmaq niyyətindədirlər. Amma bu cəhtlərin heç bir faydası olmayacaq.

Narışkinin sözlərinə görə, Rusiyanın Xarici Kəşfiyyat Xidmətində mövcud olan məlumatlara görə, Qərb ölkələrinin hakimiyyət orqanları ölkə daxilində vəziyyətin sabit olduğunu, xalqın Putin ətrafında birləşdiyini görür. Ona görə də, ABŞ, Böyük Britaniya və onların müttəfiqləri hadisələrin gedişatını öz xeyrinə dəyişmək üçün ən çirkin təxribatlara əl atmaq istəyir:

“Qərb kəşfiyyat xidmətlərinin, ilk növbədə Böyük Britaniyanın “Mİ6”-sının Rusiyadakı atom elektrik stansiyalarında təxribat törətmək planları var. Onlar bu məqsədlə Ukrayna təxribat və kəşfiyyat qruplarına təlim keçirlər. Qərb Ukrayna ərazisində məğlub olsa, müxtəlif təxribatlar törətmək ehtimalı çox yüksək olacaq”, – deyə Narışkin fikirlərini tamamlayıb.скачать dle 12.1