Bia.Az

Türkiyə "mədəni tarix"in izinə düşüb: İtaliyaya qaçaq yolla aparılmış 10 əsər səfirliyə təhvil verilib

Dünya
 26-01-2024, 16:55     212

Roma səfirliyində keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya rəsmilərinin əməkdaşlığı nəticəsində Türkiyəyə məxsus olduğu müəyyən edilən bəzi mədəniyyət sərvətlərinin İtaliyadan Türkiyəyə qaytarılması proseduru, həyata keçirilib.


Bizimyol.info "TRT Haber"-ə istinadən xəbər verir ki, mərasimdə Florensiya Jandarma Komandanlığı Mədəni İrsin Mühafizəsi və Tarixi Əsər Qaçaqmalçılığı ilə Mübarizə Şöbəsinin müdiri mayor Klaudio Mauti, həçinin onun rəhbərlik etdiyi nümayəndə heyəti, eramızdan əvvəl 3000-ci ildən Dəmir dövrünə qədər Anadoluda hazırlanmış, çətin bir proseslə İtaliyada tapılan 10 terrakota əsərini Türkiyənin Romadakı səfiri Ömər Güçlükə təhvil verib.
Səfir Güçlük mədəniyyət sərvətlərinin qaytarılması da daxil olmaqla, İtaliya ilə bütün səviyyələrdə yaxşı işlədiklərini bildirib: “Bu əsərlər aid olduqları torpaqlarda ən yaxşı şəkildə qarşılanacaq və onlara qayğı göstəriləcək. İtalyan Jandarmına təşəkkür edirəm, keçən il başqa bir işi geri qaytardıq. İtaliya hökumətinə də təşəkkür edirik”, - deyə qeyd edib.
Mayor Mauti bu yolla tapdıqları mədəni sərvətləri aid olduqları ölkələrə qaytarmaq istədiklərini və mədəni sərvətlərin hər baxımdan qorunması lazım olduğunu bildirib.
Əsərləri Türkiyəyə aparmaq üçün Romaya gələn Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Muzeylər şöbəsinin müdiri Bülent Gönültaş əsərlərin geri qaytarılması prosesi haqqında məlumat verib.
Gönültaş: "İtaliya polis bölmələri və Florensiya Baş Prokurorluğu tərəfindən 2022-ci ildə aparılan araşdırmalar çərçivəsində bu gün Anadolu mənşəli olduğunu təyin etdiyimiz, akademik olaraq da dəstəklədiyimiz əsərləri alırıq. İtaliya hakimiyyəti ilə razılaşdırılıb. Bu gün Roma səfirliyimizdə İtaliya rəsmilərindən eramızdan əvvəl 3000-ci ildən Dəmir dövrünə qədər olan zamanda istehsal edilmiş 10 artefakt və 1 parça (bir artefaktın qırıq parçası) aldıq", - deyib.
Çox uzun müddətdir ki, işlərinin davam etdiyini bildirən Gönültaş: "Ölkəmizə çox əhəmiyyətli əsərlər gətirmişik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik", - deyə bildirib.
İtaliyalı mayor Mauti onu da bildirib ki, Florensiyada Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Müdirliyi Türkiyəyə aid olanlar da daxil olmaqla 200-ə yaxın əsərin satışına dair bildiriş aldıqdan sonra müvafiq məhkəmə orqanlarının göstərişi ilə bu əsərləri müsadirə edib.
Mauti, İtaliya Jandarmiyası olaraq hər bir ölkənin mədəni sərvətlərini qoruduğunu bildirib. “Mədəni sərvətlərin başqa ölkələrə qaytarılmasına töhfə vermək bizim üçün şərəfdir. Bizim Türkiyə ilə əməkdaşlıq ənənəmiz var. Əvvəllər də mədəni sərvətlər qaytarılıb”, - deyə bildirib.
Keçən il İtaliya Jandarma, məhkəmə orqanları və Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyalı səyləri nəticəsində Qaziantep Zeuqma mənşəli cənazə stelası İtaliyadan Türkiyəyə qaytarılıb.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Türkiyədən qeyri-qanuni yollarla çıxarılan 10 əsərin Florensiyada İtaliya Mədəniyyət Polisi tərəfindən ələ keçirildiyini və Roma səfiri Ömer Güçlük, eləcə də, nazirlik rəsmilərinə təhvil verildiyini bildirib.скачать dle 12.1