Bia.Az

Amerika Birləşmiş Ştatları Suriyadan çəkilirmi? - ABŞ mediası Ağ Evin "sərmayə qoymaq" istəmədiyini yazıb

Dünya
 26-01-2024, 16:36     216

Birləşmiş Ştatların uzun illərdir Suriyada qoşunları var. Terror təşkilatı PKK/YPG ilə təlimdən silah yardımına qədər sıx əlaqələri olan ABŞ mühüm qərarın ərəfəsindədir.


Bizimyol.info "TRT Haber"-ə istinadən xəbər verir ki, ABŞ-ın məşhur nəşrlərindən olan “Foreign Policy” 4 məmura əsaslanan xəbərində Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb.
Məlumatda bildirilir ki, ABŞ-ın Suriyada 900-ə yaxın əsgəri var. Ağ Evin Suriyadakı missiyanı lazımsız qəbul etdiyi və ora sərmayə qoymaq istəmədiyi bildirilib. Xüsusilə İŞİD-in Yaxın Şərqdəki vəziyyətinin ABŞ üçün həlledici səbəb olduğu yazılıb.
Hesabatda İŞİD-in 2014-cü ildə İraqda ayda təxminən 850 hücum təşkil etdiyi halda, 2023-cü ildə ayda orta hesabla cəmi 9 hücum həyata keçirə bildiyi iddia edilib. Suriyadakı vəziyyətin İraqdan daha mürəkkəb olduğu bildirilən xəbərdə İsrail-Fələstin gərginliyində ABŞ-ın prioritetlərinin dəyişə biləcəyinə də diqqət çəkilib.
Suriyadan çəkilmənin nə vaxt və necə baş tutacağı bəlli olmasa da, məsələ ilə bağlı daxili müzakirələrin davam etdiyi qeyd edilib.скачать dle 12.1