Bia.Az

Rusiyadan xahiş edirik: meyitləri qaytarın – Prakaş

Dünya
 26-01-2024, 13:24     179

“Rusiyadan Ukraynaya müharibəyə göndərilmiş yüzlərlə Nepal vətəndaşını geri qaytarmağı və münaqişə zamanı həlak olanların cəsədlərini təhvil verməyi xahiş edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Nepalın xarici işlər naziri Narayan Prakaş “Assoşeyted Press”ə müsahibəsində deyib.

XİN başçısı 200 nepallının Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərildiyini bildirib:

“Bizdə olan məlumata görə, indiyə qədər 14 Nepal vətəndaşı bu müharibədə həlak olub. Biz Rusiyadan Nepal vətəndaşlarını orduya cəlb etməsini dərhal dayandırmağı, xidmətə göndərilənlərin geri qaytarılmasını, yaralıların müalicə olunmasını və meyitlərin bizə təhvil verilməsini xahiş edirik.

Moskva həmçinin döyüşlərdə həlak olan nepallıların ailələrinə təzminat ödəməlidir. Rus ordusunda döyüşən 5 vətəndaşımızın Ukraynaya əsir düşdüyünə dair məlumat var. Onlarına azad edilməsi üçün lazımi addımlar atılmalıdır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nzirliyi əcnəbi vətəndaşlarla müqavilə imzaladıqdan sonra müharibədə iştirakına icazə verir.скачать dle 12.1