Bia.Az

Lavrov sülh məsələsində haqlıdır, lakin səbəbi var – Konjuryan

Dünya
 26-01-2024, 11:00     101

“Ermənistan üçün mühüm olan sülh sənədinin hansı platformada imzalanması deyil, bunun bizim maraqlarımıza cavab verməsidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş paktı” fraksiyasının sədri Hayk Konjuryan deyib.

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakının Moskvada sənəd imzalamağa hazır olduğunu, lakin Ermənistanın mövqeyinin bilinmədiyinə dair açıqlamasına münasibət bildirib:

“Düşünürəm ki, bunun səbəbi razılaşdırılmış konkret müqavilə mətninin olmamasıdır. Qərb platformasında mətn tam olmasa belə imzalamağa hazırıq, lakin Rusiya ilə vəziyyət fərqlidir. Bəzi məsələlərdə hələ də anlaşmazlıqlar var. Gündəmimiz sülhdür və bu yolla gedirik”.скачать dle 12.1