Bia.Az

Peskov: "Rusiya Ukrayna ilə bağlı danışıqlara həmişə açıqdır"

Dünya
 26-01-2024, 10:52     111

Rusiya Ukraynada nizamlanma üzrə danışıqlara açıq qalmaqda davam edir, Moskva öz məqsədlərinə diplomatik yollarla nail olmağa üstünlük verir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg"ə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, agentliyin Rusiyanın Ukrayna ətrafında böhranın həlli ilə bağlı ABŞ-la danışıqlar aparmaq imkanlarını araşdırdığı iddia edilən bəyanatlarını şərh edib. “Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara həmişə açıqdır və açıq qalacaq.
 Məqsədlərimizə çatmaq əzmindəyik. Biz isə buna diplomatik yollarla nail olmağa üstünlük verərdik. Əks halda, o zaman hədəflərimizə çatana qədər hərbi əməliyyatlar davam edəcək”, - deyə Peskov qeyd edib.

Öz növbəsində, Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Adrienne Vatson qeyd edib ki, ABŞ-ın Rusiyanın Ukrayna ilə bağlı mövqeyinin dəyişməsi barədə məlumatı yoxdur. “Rusiyanın mövqeyində məqalədə təsvir edilən dəyişikliklərdən xəbərimiz yoxdur”, - deyə Vtson "Bloomberg"ə bildirib. “Rusiya ilə danışıqların olub-olmaması, posesin nə vaxt və necə aparılacağına Ukrayna qərar verəcək”, - deyə Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi deyib.скачать dle 12.1