Bia.Az

Dünyanı şoka salan edam təcrübəsi ilk dəfə ABŞ-da sınaqdan keçirilib

Dünya
 26-01-2024, 10:49     111

ABŞ-ın Alabama ştatında ölümə məhkum edilən Eugene Smith adlı məhbus azot qazı ilə zəhərlənərək edam edilib. Smit, hökmü bu şəkildə icra edilən ilk ölüm cəzası məhbusu kimi qeyd edilib.

Bizimyol.info xəbər verir ki, bu, ölüm hökmünün tətbiq olunduğu ölkələrdən biri olan ABŞ-da bir ilk sınaq olub.

Alabama ştatında qətl törətdiyinə görə ölümə məhkum edilən Eugene Smith adlı məhbus azot qazı ilə zəhərlənərək edam edilib. Alabama həbsxanasının sözçüsü Kelly Betts xüsusi maska taxaraq azot qazı ilə nəfəs almağa məcbur edilən Smitin yerli vaxtla saat 20:25-də öldüyünü açıqlayıb. “Azot hipoksiyası” kimi tanınan yeni edam təcrübəsi ABŞ-da olduğu kimi dünyada da bir ilk olaraq qeydə alınıb.

1989-cu ildə bir din xadiminin həyat yoldaşı Elizabet Senneti qatil kimi qətlə yetirməkdə təqsirli bilinən 58 yaşlı Smitə verilən ölüm cəzası 2022-ci ildə ölümcül iynə vurularaq icra olunmağa çalışılıb. Smitin venadaxili xəttini tapmaq mümkün olmadığı üçün edam təxirə salınıb.

Azot qazından ölüm hökmünün icrasında istifadə olunması ictimaiyyətin müxtəlif təbəqələrinin reaksiyasına səbəb olub. Hüquq müdafiəçiləri əvvəllər sınaqdan keçirilməyən bu üsula qarşı çıxıblar. Smitin vəkilinin edamın dayandırılması tələbi də Federal Məhkəmə tərəfindən rədd edilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Ali Komissarlığı isə daha əvvəl istifadə edilməmiş bir edam üsulunun işgəncə və ya qeyri-insani təcrübə ola biləcəyini ifadə edərək, azot qazı ilə edamların dayandırılmasını istəyib.скачать dle 12.1