Bia.Az

2014-cü ildən müharibəyə hazırlaşmaq lazım idi – Qrabski

Dünya
 26-01-2024, 01:49     147

“Ukraynada səfərbərlik prosesi çətin və narahatlıqla keçəcək”. 

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi müşahidəçi və ehtiyatda olan polkovnik Sergey Qrabski Ukraynanın “Hromadske” nəşrinə açıqlamasında bildirib:

“İndi hər kəs başa düşməlidir ki, səfərbərlik məsələsi rahat olmayacaq. Çox sərt səfərbərlik bizi gözləyir, başqa cür ola bilməz”, – Qrabski vurğulayıb.

O həmçinin qeyd edib ki, səfərbərlik problemi bütün cəmiyyətin məsuliyyətidir. Qorxu normal halıdır, lakin hər kəs hərbi təlimlə maraqlanmalıdır:
“2014-cü ildən hazırlaşmaq və müharibənin uzun müddət davam edəcəyini anlamaq lazım idi. Doğrudur, Rusiya zəifləməyə başlayıb, lakin bu proses çox uzun çəkə bilər”, – ekspert deyib.

Məlumat üçün bildirək ki, Ukrayna Ali Radası səfərbərliyə dair yeni qanun layihəsinin balanslaşdırılmış olacağını planlaşdırır. Səfərbərliyə cəlb olunanların motivasiya hissəsinə daha çox diqqət yetiriləcəyini gözləyir.

Eyni zamanda, Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets səfərbərlik haqqında qanun layihəsinə hansı düzəlişlərin ediləcəyindən danışıb. Onun sözlərinə görə, Ərazi işə qəbul və sosial dəstək mərkəzlərinin səlahiyyətləri genişləndirilə bilməz.скачать dle 12.1