Bia.Az

Ərdoğan TŞ-ni topladı: 4 saata yaxın davam edən iclasda nələr müzakirə edildi?

Dünya
 26-01-2024, 01:38     145

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, 3 saat 45 dəqiqə davam edən iclasın yekunu ilə bağlı açıqlama yayılıb.

Açıqlamada Montrö sazişi çərçivəsində mövcud öhdəliklərin dəqiqliklə yerinə yetiriləcəyi bildirilib.

Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının nəticələrinə dair açıqlamada bildirilib ki, Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir.

Qeyd edilib ki, cari məsələlərin həlli istiqamətində müvafiq tərəflərlə təmaslar davam etdiriləcək.

İclasında terrorla mübarizənin əsas istiqamətləri vurğulanıb.

Həmçinin toplantıda Qırmızı dənizdəki son vəziyyət müzakirə edilib, iclasda Rusiya-Ukrayna müharibəsinin qlobal və regional riskləri nəzərə alınaraq dərhal atəşkəs və daimi sülhlə başa çatdırılmasının vacibliyinə diqqət yetirilib.скачать dle 12.1