Bia.Az

Almaniya kansleri Trampın qələbəsini arzulayır: İLGİNC SƏBƏBLƏR

Dünya
 26-01-2024, 01:29     140

“Almaniya kansleri Olaf Şoltz gizli şəkildə Trampın qələbəsinə ümid edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri xəbər dərc edib.

Almaniyalı siyasi ekspert Verner Patzelt isə Şoltzun bu fikirə gəlməsinin pərdəarxası məqamları haqda mülahizələrini səsləndirib. Onun sözlərinə görə, ABŞ prezidenti Avropaya nə qədər pis münasibət bəsləsə, Almaniyaya bir o qədər təcrübəli kansler lazım olacaq:

“Bu, Sosial Demokrat Olaf Şoltzun 2025-ci ilin payızında yenidən seçilməsinə zəmanət verə bilər. Daxili siyasətdə Trampın “düşmən imici” Şoltzu xüsusən də öz partiyası daxilində və ənənəvi seçiciləri arasında lider kimi ön plana çıxarır”, deyə Patzelt vurğulayıb.

Siyasi ekspertin fikrincə, Trampın Ağ Evə qayıdışı Almaniyanın müdafiə naziri Boris Pistoriusa siyasi divident qazandıra bilər. Çünki bu, onun Avropanın sonuncu müdafiəçisi kimi reputasiyasını gücləndirəcək.скачать dle 12.1