Bia.Az

Finlandiyalı nazirdən İsrailə SƏRT REAKSİYA

Dünya
 26-01-2024, 00:54     147

Finlandiyanın xarici işlər naziri Elina Valtonen İsrailin Qəzzaya hücumlarını sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, Valtonen Almaniya nəşrinə müsahibəsində Qəzzada hər gün çoxlu sayda mülki şəxsin öldüyünü və İsrailin bunun qarşısını almaq üçün kifayət qədər səy göstərmədiyini bildirib.



Finlandiyalı nazir İsrailin hələ də özünümüdafiə iddiasında ola biləcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Xeyr, özünümüdafiə dövrü başa çatıb. Mən çox açıq deyirəm, artıq bəsdir. Qəzzada mülki əhalinin təcili humanitar yardıma ehtiyacı var. İnsanlar aclıqdan ölür, təmiz içməli su tapmır. Bütün bu problemlər isə İsraildən qaynaqlanır. Yardım aparan yük maşınlarının sərhəddən keçməsinə icazə verilməli və hər kəsə yemək paylanmalıdır”, – deyə Valtonen fikirlərini tamamlayıb.

скачать dle 12.1