Bia.Az

Mustafa Üstünel: "Ölkəmizi Türk Dövlətləri Rəqabət Şurasında təmsil etməkdən qürur duyuruq"

Dünya
 25-01-2024, 18:08     175

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Rəqabət Şurasının sədri Mustafa Üstünel ŞKTC-ni Türk Dövlətləri Rəqabət Şurasında təmsil etməkdən böyük qürur duyduqlarını söylədi.


Bizimyol.info xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının bir araya gətirilməsi təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb. Rəqabət Qurum ilk 3 il ərzində Türkiyə adından Şuraya sədrlik edəcək.

ŞKTC Rəqabət Şurasının sədri Mustafa Üstünelin şura ilə bağlı: “23 yanvar 2024-cü il Türkiyə Rəqabət Qurumunun rəhbərliyi və ev sahibliyi etdiyi Türk Dövlətləri Rəqabət Şurasının yaradılmasına dair əməkdaşlıq, həmçinin, imzalanma mərasimində xüsusilə idarə heyətimizi, eləcə də, ümumilikdə ölkəmizi təmsil etməyin böyük şərəf, qürurunu yaşayırıq.

Ümid edirəm ki, ŞKTC Rəqabət Şurasının Türk Dövlətləri Rəqabət Şurasının qurucusu, həmçini, daimi üzvü kimi beynəlxalq təşkilatda iştirak etmək və imza atmaq ölkəmiz üçün faydalı olacaq. Bu təşkilatda əməkdaşlıq etdiyimiz və dəstəyini heç vaxt əsirgəməyən Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle, Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömuraliyevə və Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Merey Mukajana son təşəkkürümü bildirmək istəyirəm”, deyə bildirib.скачать dle 12.1