Bia.Az

Liderlərin görüşü: Zəngəzur dəhlizi haqda nə danışılıb?

Dünya
 25-01-2024, 15:54     147

“Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Ankarada iranlı həmkarı İbrahim Rəisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Bu haqda detallı məlumat verilməsə də, prezidentlərin Cənubi Qafqazla bağlı nələri müzakirə etdiklərini təxmin etmək olar”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tehran uzaq ölkələrin Cənubi Qafqazda fəal olmasına, o cümlədən ABŞ və ya Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə neqativ yanaşır:

“Burada Türkiyənin yanaşması fərqli deyil. Ankara da Tehran kimi regional məsələlərin bölgə ölkələrinin vasitəçiliyi ilə həllinin tərəfdarıdır, ancaq İran ikili oynayır.

Tehran bir tərəfdən ABŞ və Avropanın Cənubi Qafqazda fəal diplomatiyasına qarşı çıxarkən, o biri tərəfdən bununla bağlı İrəvana xəbərdarlıq mesajlarını səsləndirmir. Çünki ABŞ və Avropa İttifaqını müxtəlif formalarda bölgəyə gətirməyə çalışan Ermənistandır. Tehran isə Ermənistanı müdafiə edərək, hər dəfə Azərbaycan əleyhinə “sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” açıqlamasını səsləndirir. Bu isə Türkiyənin maraqlarına ziddir.

Elxan Şahinoğlu

Türkiyə Zəngəzur dəhlizinin açılmasını istəyir, Tehran isə bunu əngəlləyir. Böyük ehtimalla Ərdoğan Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olmadığını Rəisiyə bir daha anlatmağa çalışıb”.скачать dle 12.1