Bia.Az

Kanada son iki ümumi seçkiyə Hindistanın müdaxilə etməsindən şübhələnir

Dünya
 25-01-2024, 14:38     194

Kanadada keçirilən son iki ümumi seçkiyə xarici müdaxilə ilə bağlı araşdırma aparan federal komissiya hökumətdən Hindistanın seçkilərə müdaxiləsi ilə bağlı sənədlər hazırlamasını istəyib.


Bizimyol.info xəbər verir ki, "CTV News"un məlumatına görə, Kanada Baş naziri Castin Trüdo hökuməti tərəfindən 2019 və 2021-ci il ümumi seçkilərinə xarici müdaxilə iddialarını araşdırmaq üçün 2023-cü ilin sentyabrında yaradılmış müstəqil komissiya mövzu ilə bağlı açıqlama yayıb.
İstintaqın əvvəlində sözügedən seçkilərə Çin və Rusiyanın müdaxiləsi iddialarını araşdıran federal komissiya Hindistanın iki seçkidəki rolunu araşdırmaq üçün hökumətdən müvafiq sənədləri hazırlamasını istəyib.

Mayın 3-də aralıq hesabatını və 2024-cü ilin sonuna qədər yekun hesabatını açıqlaması gözlənilən komissiya, milli təhlükəsizlik kəşfiyyatının ictimaiyyətə açıqlanması ilə bağlı məhdudiyyətlərin nəzərə alınacağını bildirib.

Hindistanın istintaqa cəlb olunmasının Kanada-Hindistan münasibətlərində keçən il Hardeep Singh Nijjarın öldürülməsindən sonra yüksələn gərginliyi yenidən artıracağı düşünülür.

Hindistanın açıqladığı 40 terrorçu adı siyahısına daxil edilən separatçı Sıx təşkilatı Xalistan Azadlıq Qüvvələrinin direktoru Nijjar 18 iyun 2023-cü ildə Kanadada öldürülüb.

Kanadanın baş naziri Trüdonun “Nijjarın qətlinin arxasında Yeni Dehli hökumətinin dayandığını” iddiasının səsləndirdikdən sonra iki ölkə arasında münasibətlər gərginləşib.скачать dle 12.1