Bia.Az

Netanyahu altı aylıq ehtiyat unun Qəzzaya idxalına icazə verib

Dünya
 25-01-2024, 14:26     137

Baş nazir Benyamin Netanyahu on minlərlə ton unun Qəzza zolağına buraxılması qərarını hətta nazirlərindən və dar hərbi kabinetinin üzvlərindən, eləcə də ictimaiyyətdən gizlədib.


Bizimyol.info xəbər verir ki, bu barədə "Kanal 12" məlumat verib.

Məlumatda anklavın 6 aya yetəcək qədər una da icazə verildiyi və artıq qərarın icrasına başlandığı bildirilir. Hesabatda mənbəyə istinadən məlumat verildiyi qeyd edilib.

Netanyahu daha əvvəl ABŞ-ın keçən həftə açıqladığı qərarla 150 yük maşını un idxalına icazə verməmişdi. İsrail ilkin olaraq 7 oktyabr qırğınından sonra Qəzzaya yardımı məhdudlaşdırıb. Cümə günü ABŞ İsrailin Qəzza sərhədindən təxminən 40 kilometr aralıda yerləşən Aşdod vasitəsilə böyük miqdarda unun idxalına icazə vermə qərarını alqışlayıb.скачать dle 12.1