Bia.Az

Elon Musk, Bill Gates və digər milyaderlər özləri üçün şəhər tikirlər

Dünya
 25-01-2024, 14:24     141

Dünyanın ən zəngin insanları ABŞ-ın fərqli yerlərində öz şəhərlərini tikirlər. Buna misal olaraq Kaliforniyanın Solano bölgəsində planlaşdırılan şəhəri göstərmək olar.

Bizimyol.info xəbər verir ki, milyarderlərin dəstəklədiyi "California Forever" adlı şirkət, San Fransiskonun şimalında, Travis Hərbi Bazasının yerləşdiyi Solano bölgəsində 20 min rezidensiyaya malik şəhərin tikiləcəyini açıqlayıb.

Bu məqsədlə şirkət 2017-ci ildən bəri 800 milyon dollar dəyərində 202 kvadrat kilometr torpaq sahəsi alıb. Şəhərin 400 min nəfər əhalisi olması hədəflənir və bu layihənin arxasında "Apple"ın qurucusu Stiv Cobsun dul arvadı Laurene Povell Cobs, "LinkedIN"in qurucusu Reid Hoffman və məşhur vençur kapitalisti Mark Andreessen kimi adlar var. Məlumdur ki, Loren Pauel Cobsun 13 milyard dollar, iş axtarışı platforması "LinkedIN"in yaradıcısı Reid Hoffmanın 2,3 milyard dollar, vençur kapitalisti Mark Andreessenin isə 1,8 milyard dollar sərvəti var.
İlon Mask Texasda Starbase adlı şəhər yaratmağı hədəfləyir. Starbase, Maskın kosmik şirkəti "SpaceX"in qərargahı olacaq. Mask Texas ştatının Ostin şəhəri yaxınlığında 24 kvadrat kilometr ərazi alıb və evlər tikməyə başlayıb.

Texnologiya cəmiyyətinin ən tanınmış adlarından biri olan "Oracle"ın qurucusu Larri Ellison Havay adalarında bir ada alıb və öz şəhərciyini tikir. Digərlərindən fərqli olaraq, 124 milyard dollar sərvəti olan Ellison daha dəbdəbəli bir yanaşma nümaiş etdirib. "Bloomberg"in yazdığına görə, "Oracle" həmtəsisçisi 2012-ci ildə Havaydakı Lanai adasının 98 faizini təxminən 300 milyon ABŞ dollarına satın alıb. Ellison adada sağlamlıq mərkəzi olan bir kurort yaradıb və adadakı mövcud otelləri təmir edir.

"Architectural Digest"ə görə, təxminən 3000 insanın yaşadığı ada, Tom Kruise, Cindy Kravford və Uill Smit kimi adlar da daxil olmaqla ultra zənginlərin sevimlisinə çevrilib. Ellison da 2020-ci ildə tamamilə adaya köçüb.скачать dle 12.1