Bia.Az

“İl-76”-nın qəzaya uğramasının təfərrüatları – Rusiyalı pilot AÇIQLADI

Dünya
 25-01-2024, 01:07     162

Rusiyalı pilot Belqorod yaxınlığında “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Globalinfo.az xəbər verir ki, 40 illik təcrübəyə malik pilot Vladimir Salnikovun sözlərinə görə, “İl-76″nın qəzaya uğraması zamanı tüstünün olmaması ekipajın hərəkətləri ilə bağlı ola bilər.

Qeyd edək ki, hadisə zamanı mühərriklərin zədələndiyini göstərən tüstünün olmaması mütəxəssislər tərəfindən müəmma kimi qiymətləndirilib. Salnikov qeyd edib ki, raket zərbəsindən sonra təyyarədə yanğının baş verməməsi mümkün ola bilərdi.

Bundan əlavə, o, pilotların yanacaq tədarükünü kəsməklə meydana gələn yanğını söndürə bildikləri ehtimalını da dilə gətirib. Beləliklə, mühərriklərin işləməməsi səbəbindən təyyarənin yerə yuvarlandığını diqqətə çatdırıb.

Xatırladaq ki, “İl-76” təyyarəsinin qəzaya uğraması nəticəsində altı ekipaj üzvü ilə yanaşı, mübadilə üçün nəzərdə tutulan 65 ukraynalı məhbus və onları müşayiət edən 3 nəfər həyatını itirib.

Rusiya Müdafiə Nazirliyi baş verənlərə görə Kiyevi günahlandırıb. Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi isə hadisə ilə bağlı daha sonra şərh verəcəklərini açıqlayıb.скачать dle 12.1