Bia.Az

Lavrovdan MARAQLI AÇIQLAMA: “ABŞ və Rusiya arasındakı dialoq…”

Dünya
 25-01-2024, 00:58     155

“ABŞ və Rusiya arasında münasibətlərin səviyyəsi aşağıdır, ölkələr arasında praktiki olaraq heç bir əlaqə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov fikir səsləndirib.

Lavrov bildirib ki, diplomatik nümayəndəliklərin fəaliyyəti ilə bağlı şəraitin yaradılmasından başqa iki ölkə arasında faktiki olaraq heç bir əlaqə mövcud deyil.

“Tərəflər arasında dialoq qurulmayıb və müzakirələr çox sıxıcıdır. Ona görə də, hətta iki ölkənin diplomatik nümayəndəliklərinin işini müzakirə edərkən, dövlətlər birtərəfli fayda əldə etməyə çalışırlar”, – Lavrov vurğulayıb.

Lavrov əlavə edib ki, Rusiyanın təhlükəli olduğunu söyləyənlər yanlış fikir  səsləndirirlər.

Xatırladaq ki, daha öncə Rusiyanın xarici işlər naziri Moskvanın Vaşinqtonla münasibətlərini korlamadığını və bu səbəbdən də üzrxahlıq üçün  ABŞ-ın ayağına getməyəcəyini diqqətə çatdırıb.скачать dle 12.1