Bia.Az

Britaniya Rusiya ilə müharibəyə hazırlaşır: “120 minlik böyük ordu…”

Dünya
 25-01-2024, 00:55     145

Böyük Britaniya üç il müddətinə təqaüdə çıxan hərbçilərə aid strateji ehtiyat da daxil olmaqla 120 min nəfərlik daha böyük ordu yaratmalıdır.  Bu addım vətəndaşları Rusiya ilə mümkün müharibəyə hazırlamaq üçün tələb olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Londonda keçirilən Beynəlxalq Konfransda çıxış edən Britaniya ordusunun baş komandanı, general Patrik Sanders fikir səsləndirib.

Generalın fikrincə, yaxınlaşan müharibə ehtimalını nəzərə alsaq, cəmiyyətin lazım olduğu anda döyüşə hazır olması üçün addımların atılması zəruridir.

Sandersin fikrincə, buna görə də, milli səfərbərliyin əsaslarını qoymaq çox önəmlidir:

“Ukrayna göstərir ki, müharibələri nizami ordular başlasa da, mülki döyüş birləşmələri onlara qalib gəlir”, – Baş komandan bildirib.

Ekspertlər isə hesab edirlər ki, həmkarları arasında nüfuz sahibi olan Sanders məhz bu cür səmimiyyətinə görə, yaxın altı ay ərzində vəzifəsini tərk etməli olacaq.скачать dle 12.1