Bia.Az

Borrellin diplomatik bombardmanına Bakıdan AĞIR CAVAB

Dünya
 24-01-2024, 18:50     158

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib ki, Azərbaycan prezidentinin sonuncu ərazi iddiasından narahat olublar. Onun sözlərinə görə, “Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü hər hansı şəkildə pozması qəbuledilməzdir. Bunun bizim Azərbaycanla münasibtələrimizə ciddi təsiri olacaq”.

Diqqətçəkən əsas məqam isə Borrellin Azərbaycan prezidentinin müsahibəsinin hansı hissəsində ərazi iddiası etdiyini qeyd etməməsidir. Ümumiyyətlə, bir çox Qərb və erməni siyasətçi prezidentin Zəngəzur ilə bağlı dediklərini ərazi iddiası kimi qəbul edir.
Qərbi və Ermənistanı narahat edən məqam nədir? Borrell “bunun bizim Azərbaycanla münasibtələrimizə ciddi təsiri olacaq” deyərkən nəyi nəzərdə tutur?

Globalinfo.az-a danışan poitoloq Elçin Mirzəbəyli deyib ki, Azərbaycan nəinki Ermənistana, beynəlxalq hüququn subyekti olan heç bir ölkəyə ərazi iddiası ilə çıxış etməyib və bu yanaşma Azərbaycan Respublikasının yaranış fəlsəfəsindən qaynaqlanır:

“Jozef Borellin iddialarına gəldikdə isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilk dəfə deyil ki, bu qəbildən olan iddialarla çıxış edir. Onun məqsədi beynəlxalq ictimai rəyi çaşdırmaqdır. Azərbayacana qarşı qarayaxma kampaniyalarına dəstək verməkdən və Fransa kimi ölkələrin Ermənistanı silahlandırmasına, Cənubi Qafqaza daha intensiv müdaxiləyə zəmin yaratmaqdan ibarətdir.
Jozef Borell Ermənistanın müstəqilliyi haqqında konstitusiya aktının preambula hissəsinin Azərbaycan ərazilərinin ilhaq edilməsi iddiası ilə başladığını, sözügedən aktda Türkiyəyə qarşı “Qərbi Ermənistan” adı altında ərazi iddiası irəli sürüldüyünü və Ermənistanın mövcud konstitusiyasında dövlət müstəqilliyi haqqında konstitusiya aktına istinad edildiyini bilməmiş deyil. Çünki bu haqda həm Ermənistan, həm də Qərb mediasında tez-tez danışılır. Əgər bu barədə məlumatı yoxdursa, o zaman danışdığı mövzudan xəbərsiz olduğu üçün özünə başqa bir iş tapsa yaxşı olar”.

Elçin Mirzəbəyli
Ekspert bildirib ki, Azərbaycanın Zəngəzur və digər tarixi Azərbaycan əraziləri ilə bağlı mövqeyi etnik təmizləmə nəticəsində öz evlərindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə bağlıdır:

“Azərbaycan Respublikasının heç bir rəsmi sənədində Ermənistan ərazilərinin ilhaqını nəzərdə tutan məqam yer almayıb. Azərbaycan Prezidentinin müsahibə, açıqlama və bəyanatlarında da belə bir yanaşma yoxdur. Borrell və onun kimilər anlamalıdırlar ki, Azərbaycana qarşı bu cür yalan və böhtan xarakterli açıqlamalar heç bir perspektiv vəd etmir, əksinə, Avropa İttifaqının regiondakı maraqlarına, sülh prosesinə və təbii ki, Avropa institutlarının tamamilə gözdən düşməsinə zəmin yaradır. Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası olmadığı üçün Borrellin mülahizələrini sadəcə siyasi sifariş əsasında dilə gətirilən bəhanələr kimi dəyərləndirmək olar”.скачать dle 12.1