Bia.Az

65 ukraynalı əsiri aparan "İl-76" təyyarəsini kim vurdu - Ekspert ehtimal versiyasını səsləndirib

Dünya
 24-01-2024, 18:02     225

"Belqorod vilayətində "İl-76" təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilərdi".

Bizimyol.info xəbər verir ki, bu məsələ ilə bağlı bu fikri “Welt” telekanalında hərbi ekspert, Münhen Təhlükəsizlik Konfransının baş elmi işçisi Niko Lange deyib.

Təyyarənin vurulması faktdır, bunu şəbəkələrdə yayılan videolardan da görmək olar. Belə bir partlayışa səbəb olan hava hücumundan müdafiə sisteminin işi kimi görünür”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu sahədə Rusiya tərəfi mütəmadi olaraq "S-300" sistemindən istifadə edir və Ukraynanın orada "İris-T" və "Patriot" sistemlərindən istifadə etməsi barədə məlumat olmayıb: "İndiyədək Ukraynanın güclü atəşə tutulan Xarkovda belə sistemlər yerləşdirə biləcəyinə dair heç bir iz yoxdur. Beləliklə, hər şey sözdə dostluq atəşi ola bilər", - deyə o qeyd edib.

Lange əmindir ki, əgər təyyarə Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulması təsdiqlənsə, Rusiya Federasiyası israrla başqa bir şey iddia edəcək. O xatırladıb ki, belə hallarda Rusiya tez bir zamanda özünün bəzi rəvayətlərini “ortaya atmağa” başlayır və bunu yoxlamaq çox çətindir, eləcə də, Rusiya tərəfdən gələn məlumatların çox diqqətlə qəbul edilməsinin vacibliyini vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi qəzaya uğrayan "İl-76" təyyarəsinin göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğunu bildirib və Ukraynanı terror aktı törətməkdə ittiham edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi təsdiqləyib ki, həqiqətən də yanvarın 24-də Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılmalı idi. İdarədən əlavə ediblər ki, planlaşdırılan mübadilə baş tutmayıb.скачать dle 12.1