Bia.Az

Mirzoyanın “yeni müharibə” açıqlamasının sirri – “Mesaj verir ki, Bakını…”

Dünya
 24-01-2024, 17:45     179

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan-Azərbaycan sərhədində hələ də eskalasiya ehtimalı var.
“Bu il müxtəlif ölkələrdə keçiriləcək seçkilərin nəticəsində bu eskalasiya ehtimalı daha da artacaq” – A.Mirzoyan qeyd edib.

Maraqlıdır, həqiqətən də iki ölkə arasında yeni münaqişə gözləniləndir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev qeyd edib ki, Ararat Mirzoyan və Ermənistan rəsmiləri Fransa, eləcə də digər təxribatçı dövlətlərin verdiyi vədlər, dəstək sayəsində özlərində cəsarət tapıb belə fikirlər səsləndirirlər:

“Ermənilər revanşist yanaşma nümayiş etdirirlər. Yenidən güc toplayıb Azərbaycan torpaqlarına hücum edəcəkləri ilə bağlı anons verməyə çalışırlar. Mirzoyan son açıqlama ilə Ermənistan havadarlarına mesaj verir ki, sizin sayənizdə biz Bakını hədələyirik”.


Ramiz Alıyev
Politoloq vurğulayıb ki, regionda qüvvələr balansı hələ də Azərbaycanın xeyrinədir:

“Ordumuz İkinci Qarabağ müharibəsindən sonra daha da güclənib. Bunu 19-20 sentyabrda keçirilən antiterror tədbirləri də göstərdi. Ermənistan rəhbərliyi yaxşı bilir ki, Azərbaycanla hər hansı münaqişəyə girmək rəsmi İrəvanın sonu deməkdir. Buna görə də İrəvandan sözügedən istiqamətdə verilən açıqlamalar sözdən başqa bir şey deyil”.скачать dle 12.1