Bia.Az

Baş Kəşfiyyat İdarəsi: "Əsirlərin dəyişdirilməsi bu gün baş tutmalı idi"

Dünya
 24-01-2024, 17:01     239

"Çərşənbə günü, yanvarın 24-də, həqiqətən də, Rusiya ilə Ukrayna arasında əsirlərin dəyişdirilməsi baş tutmalı idi".


Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov mətbuata verdiyi açıqlamada bu məlumatı təsdiqləyib. O əlavə edib ki, planlaşdırılan mübadilə hazırda baş tutmayıb.

“Qeyd edə bilərəm ki, bu gün üçün nəzərdə tutulan əsirlərin dəyişdirilməsi razılaşması hazırda baş tutmayıb. Ukrayna Belqorod vilayətində qəzaya uğrayan "İL-76"nın göyərtəsində hərbi əsirlərin ola biləcəyi ilə bağlı ruslardan gələn məlumatı yoxlayır", - deyə Yusov əlavə edib.

Təyyarənin Krivı kəndi ərazisində qəzaya uğradığı bildirilir. Hazırda Rusiya Federasiyasının əməliyyat xidmətləri onun düşməsi ilə bağlı məlumatları yoxladıqlarını bildirirlər.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisinin olduğunu açıqlayıb. Hazırda Silahlı Qüvvələr müvafiq idarələri bu məlumatları dəqiqləşdirməyə çalışır.скачать dle 12.1