Bia.Az

İran prezidenti Rəisi Ankaraya gedib

Dünya
 24-01-2024, 16:39     204

Bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhani  Türkiyəyə səfərə gedib. Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada İctimai Külliyedə İran prezidentini rəsmi mərasimlə qarşılayıb.

Bizimyol.info xəbər verir ki, qarşılama mərasimindən sonra ikitərəfli münasibətlər, regional və qlobal məsələlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.

Görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılacaq addımlar dəyərləndiriləcək, görüşlərin yekununda müxtəlif istiqamətlərdə sazişlərin imzalanması gözlənilir.

Prezident Ərdoğan və İran prezidenti birgə mətbuat konfransında səfəri dəyərləndirəcəklər. Axşam Türkiyə-İran İş Forumu keçiriləcək.скачать dle 12.1